"AzSığorta" ASC 31 dekabr 2017-ci il tarixinə maliyyə göstəricilərini açıqlayıb.
Hesabatlara əsasən, sözügedən tarixə şirkətin cəmi aktivləri 61,010 mln. manat olub. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 0,9% çoxdur. Şirkətin aktivlərinin 7,442 mln. manatını uzunmüddətli aktivlər, 53,568 mln. manatını isə qısamüddətli aktivlər təşkil edib.
Sığorta şirkətinin öhdəliklərində də artım müşahidə olunub. Belə ki, 2017-ci ilin əvvəli ilə müqayisədə cəmi öhdəliklər 15,2% və ya 4,1 mln. manat artaraq 31,126 mln. manata çatıb.
"AzSığorta" ASC-nin 31 dekabr 2017-ci il tarixinə cəmi kapitalı isə 29,883 mln. manat təşkil edib. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 20,300 mln. manatdır.
Ötən ilin sonunda sığorta şirkətinin cəmi gəlirləri 31,325 mln. manat, cəmi xərcləri isə 34,390 mln. manat olub. 14,078 mln. manat əməliyyat xərclərinin əsas hissəsini - 9,097 mln. manatını sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər təşkil edib. Nəticədə, şirkət ötən ili 3,065 mln. manat zərərlə başa vurub.