“AzRe Təkrarsığorta”nın rəhbərliyində dəyişikliklər olub | Banco.az

“AzRe Təkrarsığorta”nın rəhbərliyində dəyişikliklər olub

“AzReTəkrarsığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Fuad Quliyev şirkətin Direktorlar Şurasının sədri təyin edilib.

O, yeni vəzifəsində Vəliəhd Səfərovu əvəz edib.

İH-nə rəhbərlik isə F.Quliyevin müavini Vüsal Abbasova həvalə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb. Hazırda şirkətin dövriyyədə hər birinin nominal dəyəri 25 min manat olan 2 min ədəd səhmi var. Səhmlər 6 fiziki şəxsə məxsusdur.

“AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin 91,11%-lik, “Azər-Türk Bank” ASC-nin isə 6,55%-lik səhmdarıdır. 

report