"AzRe Təkrarsığorta"nın kredit reytinqi təsdiqlənib | Banco.az

"AzRe Təkrarsığorta"nın kredit reytinqi təsdiqlənib

“A.M. Best” Qlobal Sığorta Kredit Reytinqi və İnformasiya Xidməti “AzRe Təkrarsığorta” ASC-nin reytinqini təsdiq edib. Azərbaycanın sığorta şirkətinin Maliyyə Dayanıqlığı Reytinqini (Financial Strength Rating) “B+” olaraq müəyyən edib.

Məlumata görə, “AzRe”nin Uzunmüddətli Kredit Reytinqi (Long-Term Issuer Credit Rating) isə “bbb-“ müəyyən edilib. ASC-nin kredit reytinqinin proqnozu isə "stabil" olaraq saxlanılıb.

Bu, “AzRe”nin yüksək riski tənzimləyən kapitalını, güclü əməliyyat performansını və möhkəm daxili biznes profilini əks etdirir: "AzRe"nin ardıcıl güclü anderraytinq və investisiya kapitalına malik olması onun son 5 ildə balansının müsbət saldosunun 22,6% artmasını əks etdirir. Riski tənzimləyən kapitallaşma isə onun güclü qalması və yaxşı daxili kapital generasiyası ilə dəstəkləndiyini göstərir”.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada deyilir ki, “AzRe” 2015-ci ildə Azərbaycanın təkrarsığorta bazarının 38%-ni əhatə edib: “İqtisadiyyatda baş verən geriləmələr nəticəsində sığorta tələblərinin azalması 2015-ci ildə "AzRe“nin sığorta bazarında 1,4% geriləməsinə gətirib çıxarıb”.

Mənbə: Report.az