Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15% artıb | Banco.az

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15% artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2013-cü il iyulun 1-nə 12 720,4 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə nisbətən 1 674,1 mln. dollar və ya 15,2% çoxdur.

 

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin iyun ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 148,1 mln. dollar və ya 1,2% artıb:

Ən sərfəli kredit üçün müraciət et

 

Qeyd edək ki, bu ildə valyuta ehtiyatlarının artım tempi ötən illə müqayisədə müəyyən dərəcədə yüksəlib. Belə ki, bütövlükdə 2012-ci il ərzində AMB-nin valyuta ehtiyatlarının artımı 1 213 mln. dollara bərabər olub, bu ilin ilk yarısında isə artım 1 025,6 mln. dollar və ya ötən ilki artımının 84,6%-ni təşkil edib. Bununla yanaşı, ötən ilin yanvar-iyun ayları ərzində artım 564,8 mln. dollar təşkil edib ki, bu da, göründüyü kimi, bu ilki 6 aylıq göstəricidən 1,8 dəfə azdır.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et