AzKredit BOKT audit hesabatını açıqladı | Banco.az

AzKredit BOKT audit hesabatını açıqladı

Bank olmayan kredit təşkilatı AzKredit 2021-ci il üçün Nexia EA şirkəti tərəfindən aparılan audit hesabatını açıqlayıb.

AzKredit BOKT 2021-ci ili 1,3 milyon manat xalis mənfəətlə başa vurub.

Şirkətin həm aktivləri, həm də məcmu kapitalı 2021-ci ilin əvvəlinə nəzərən ilin sonunda 2 dəfəyədək artıb. Belə ki, şirkətin aktivləri 1,1 milyon manatdan 1,98 milyon manatadək artıb. Həmin il ərzində şirkət müştərilərə 130 min manat kredit verib.

Məcmu kapitala gəldikdə, bu göstərici 748 min manat artaraq 1,6 milyon manata çatıb. Şirkətin nizamnamə kapitalı isə 300 min manatdır.

Əlavə olaraq qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən AzKredit BOKT-un hesabat dövrünün sonuna işçi heyəti 41 nəfərdən ibarət olub.

Ən sərfəli kredit üçün müraciət et

Nexia EA audit şirkətinin AzKredit BOKT-a verilən rəyin bir hissəsi ilə aşağıdan tanış ola bilərsiniz:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et