“Azinvestkredit” BOKT-un təsisçilərindən biri payını satıb | Banco.az

“Azinvestkredit” BOKT-un təsisçilərindən biri payını satıb

“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatında (BOKT) 50% payı olan Orxan Cəfərov payını satıb.

Onun payını Tamara İsmayılova alıb.

“Azinvestkredit”in digər 50%-lik təsisçisi isə əvvəlki kimi Əkbər İsmayılovdur.

Ən sərfəli kredit üçün müraciət et

BOKT-da baş verən daha bir dəyişiklik isə onun nizamnamə kapitalının 100 min manat və yaxud 25% artırılaraq 400 min manatdan 500 min manata çatdırılmasıdır. Kapital artımında hər iki təsisçi paylarına uyğun iştirak edib. Yəni, artımdan sonra təsisçilərin pay bölgüsü dəyişməyib. 

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et