Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir | Banco.az

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Aznar QSC-yə” 2019-2020-ci illərüzrə “Sərbəst satış sertifikatı” təqdim edib.

Azexport portalının meneceri Ayxan Qədəşov bildirib ki, Portal əməkdaşlıq etdiyi digər şirkətlər kimi “AznarQSC” -yə də “Madein Azerbaijan” brendi adı altında istehsal olunan spirtli və spirtsiz içkilərin ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində işləri davam etdirməyə dəstək olur:

“Azexport.az internet portalı tərəfindən “Aznar QSC-yə” 2019-2020-ci illər üzrə yeni Sərbəst satış sertifikatı təqdim olunub. Təqdim olunan sertifikatlar sayəsində ixracatçı şirkət Ərəb və Okeaniya Ölkələrinə məhsul ixracını davam etdirəcək.”

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2018-2019-cu illər üzrə 7 yerli şirkətə “Made in Azerbaijan” brendi adı altında istehsalolunan məhsulların ixrac coğrafiyasının genişləndirilməsi məqsədi  ilə ümumilikdə 196 sertifikat təqdim olunub.

Sərbəst satış sertifikatı Azərbaycanda ilk dəfə Azexport portalı tərəfindən təqdim olunub.

“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixliF Fərmanına əsasən sərbəst satış sertifikatı İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi tərəfindən verilir.

Ən sərfəli krediti almaq üçün müraciət et