Azexport “Bakutel 2017” sərgisində təmsil olunur | Banco.az

Azexport “Bakutel 2017” sərgisində təmsil olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı, “Bakutel 2017”- 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir.

Bakutel 2017” sərgisində həmçinin gənc perspektivli “startap”ların da təqdimatına böyük diqqət yetirilib. Azexport.az portalının sərgidə yaradılan Səyyar Xidmət Mərkəzi vasitəsi ilə gənc dizaynerlərə öz ixtira, proqram və xidmətlərini dünyanın aparıcı elektron ticarət platformalarında nümayiş etdirərək potensial alıcılara çatdırılmasına öz tövhəsini verir. Bunun üçün sadəcə portalın Səyyar Xidmət Mərkəzində qeydiyyatdan keçmələri kifayətdir.

Bu il Sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribütorları, eləcə də teleradio yayım şirkətləri yer alır. “Bakutel 2017” sərgisində bir sıra ölkələrin milli stendləri də təqdim olunur. Xarici ölkələrin bu tədbirdə iştirakı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Ən sərfəli krediti almaq üçün müraciət et