“Azərsu” barədə icra başçısına şikayət edildi | Banco.az

“Azərsu” barədə icra başçısına şikayət edildi

Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-muhafizə orqanlarının, rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və 500 nəfərə yaxın qəsəbə sakininin iştirakı ilə Qəsəbə nümayəndəliyinin 2016-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib.

İcra Hakimiyyətindən verilən məlumata görə, görüşdə 20-dən çox çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib.

Çıxışlarda qəsəbə sakinlərini ən çox narahat edən məsələlər, ilk növbədə, buranın su və kanalizasiya şəbəkələrinin vəziyyəti olub və “Azərsu” ASC-nin işi ciddi tənqid olunub.

Ən sərfəli kredit üçün müraciət et

Badamdarın gələcək inkişafı, çoxmənzilli yaşayış binalarının istiliklə təminatı, dam örtüklərinin təmiri, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, ərzaq məhsullarının satış-yarmarkasının fəaliyyəti və s. barədə müraciətlər dinlənilib, nöqsanların aradan qaldırılması məqsədi ilə Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov tərəfindən aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Mənbə: Qafqazinfo