"AzərSığorta"nın aktivləri azalıb - HESABAT | Banco.az

"AzərSığorta"nın aktivləri azalıb - HESABAT

"Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti" 1 yanvar 2018-ci il tarixinə maliyyə hesabatlarını açıqlayıb.

Belə ki, sözügedən dövrdə şirkətin cəmi aktivləri 25,545 mln. manat olub. Bu göstərici 2017-ci ilin əvvəli ilə müqayisədə 18% azdır. Şirkətin aktivlərinin 7,984 mln. manatını uzunmüddətli aktivlər, 17,561 mln. manatını isə qısamüddətli aktivlər təşkil edib.

Sığorta şirkətinin öhdəlikləri də 1 il ərzində 6 mln. manata yaxın azalaraq 10,977 mln. manata düşüb. Hesabat ilinin sonunda kapital həcmi isə çox cüzi artaraq 14,568 mln. manat olub. Qeyd edək ki, 2017-ci ilin əvvəlində şirkətin cəmi kapitalı 14,355 mln. manat məbləğində qeydə alınmışdı. "AzərSığorta"-nın nizamnamə kapitalı isə 9 mln. manatdır.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət ötən ili mənfəətlə başa vurub.

Belə ki, 2017-ci ilin sonuna sığorta şirkətinin cəmi gəlirləri 48,835 mln. manat, xərcləri isə 45,202 mln. manat həcmində olub və nəticədə, şirkət ötən ili 3,633 mln. manat xalis mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et