“Azərneftyağ”ın ərazisi “Ağ Şəhər”ə - VERİLƏCƏK | Banco.az

“Azərneftyağ”ın ərazisi “Ağ Şəhər”ə - VERİLƏCƏK

Keçmiş “Azərneftyağ” zavodunun ərazisi “Ağ Şəhər” layihəsinə təhvil veriləcək. 

Bu barədə SOCAR-dan bildirilib. 

XIX əsrin sonlarından fəaliyyət göstərən və vaxtilə Qara şəhərdə keçmiş Rusiya imperisyasının ən böyük neft emalı müəssisəsi olmuş "Azərneftyağ" zavodunun qurğuları və çənləri demontaj olunaraq, ərazisi yaxın zamanda “Ağ Şəhər” layihəsinə təhvil veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et