“Azərmaş”da bu günədək 1300-dən çox avtomobil istehsal olunub | Banco.az

“Azərmaş”da bu günədək 1300-dən çox avtomobil istehsal olunub

“Azərmaş” avtomobil zavodu tərəfindən bu günədək 1300-dən çox avtomobil istehsal olunub.

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il avtomobillərin istehsal həcmi 3000-dək artacaq və artıq şirkət tərəfindən istehsal olunan məhsulların ixracına dair danışıqlar aparılır.

Ən sərfəli kredit üçün müraciət et

"Konkret olaraq Ukrayna ilə bu istiqamətdə danışıqlar aparılır və yaxın zamanlarda bu danışıqlar düşünürəm ki, uğurla nəticələnəcək və Azərbaycanda istehsal olunan avtomobillərin ilk dəfə ixracı təşkil olunacaq", - deyə nazir müavini bildirib.

ONA

Ən sərfəli krediti almaq üçün müraciət et