Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə (18,5 milyon dollar) müqayisədə 0,4 milyon dollar və ya 2,2% azdır.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
