“Azərişıq” ASC-nin aktivləri 17% artıb | Banco.az

“Azərişıq” ASC-nin aktivləri 17% artıb

 “Azərişıq” ASC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 2 374,02 mln. manat təşkil edib.

Qurumun maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, 2016-cı il yanvarın 1-i ilə müqayisədə 17,1% çoxdur.

Ötən il “Azərişığ”ın cəmi öhdəlikləri 51,3% artaraq 996,302 mln. manat, cəmi kapitalı 0,6% artaraq 1 377,718 mln. manat, o cümlədən nizamnamə kapitalı 32,9% azalaraq 885,634 mln. manat olub.

2016-cı ildə səhmdar cəmiyyətinin elektrik enerjisi satışından gəlirləri 958,971 mln. manat (2015-ci ilə nisbətən 26,7% çox), satdığı məhsulun maya dəyəri 885,799 mln. manat (30,3% çox), digər əməliyyat gəlirləri 16,131 mln. manat (17,3% çox), kommersiya xərcləri 29,021 mln. manat (23,1% çox), inzibati xərcləri 12,079 mln. manat (20,2% çox), digər əməliyyat xərcləri 57,145 mln. manat (51,7% çox), sair gəlirləri 8,569 mln. manat (3,3 dəfə çox) təşkil edib. Son nəticədə qurumun vergiyəqədərki zərəri 372 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il “Azərişıq” əvvəlki illə müqayisədə 2,5 dəfə çox – 25,264 mln. manat mənfəət vergisi ödəyib və 2016-cı ili 25,636 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 18,1% azdır. 

Mənbə: Report.az