“Azəriqaz” ölkə üzrə istehlak edilən qazın həcmini açıqladı | Banco.az

“Azəriqaz” ölkə üzrə istehlak edilən qazın həcmini açıqladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ildə Birliyin Şikayətlərin araşdırılması şöbəsinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlar vasitəsi ilə  12 min 715 müraciət daxil olub.

Banco.az xəbər verir ki, bu açıqlamanı"Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev edib. 
Şikayətlərin  5461-i opendeks proqramı vasitəsi ilə olub. Bu rəqəm 2022-ci illə ilə müqayisədə 1027 şikayət  azdır. Elektron qaydada isə 7254 müraciət daxil olub.
Qeyd olunub ki, 1 fevral 2024-cü il tarixinə kimi ölkə ərazisini əhatə etməklə təbii qazın sutkalıq qəbulu  43 milyon 441 min kub metr təşkil edib. 
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədovun açıqlamasına görə, Bakı və Abşeron yarmadası üzrə 25 milyon 644 min kubmetr, regionlar üzrə isə 17 milyon 497 min kubmetr təşkil edib. Sutka üzrə ümumi qəbulun 59 faizi Bakı və Abşeron yarmadasının, 41 faizi isə regionların payına düşüb. Yanvar ayı üzrə qəbulun payı isə 1 milyard  288 milyon 633 min kubmetr qaz qəbul edib. Ötən ilin müvafiq göstəricisi ilə müqayisədə bu ilin fevralın 1-də “Azəriqaz” 7 milyon 371 min kubmetr az qaz qəbul edib, bu da temperatur şəraiti ilə bağlıdır. Yanvar ayı üzrə respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 1 milyard 278 milyon 633 min kubmetr təşkil edib. “Azəriqaz”ın tarixində sutkalıq ən çox qəbul isə 24 yanvar 2024-cü il tarixində qeydə alınıb. Statistikaya görə, həmin gün  47 milyon 376 min kubmetr təbii qaz qəbul edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram