"Azəriqaz" bu il əhaliyə 3,2 milyard kubmetr qaz satıb | Banco.az

"Azəriqaz" bu il əhaliyə 3,2 milyard kubmetr qaz satıb

Bu il “Azəriqaz” İstehsalat Birliyi 6,7 mlrd. kubmetr qazı şəbəkəyə qəbul edib. Bu qaz qəbulunda rekord sayılır.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, 2019-cu ildə əhaliyə 3,2 mlrd. kubmetr qaz satılıb, sənaye qurumları üçün isə 2,8 mlrd. kubmetr qaz satışı həyata keçirilib.

O bildirib ki, 2020-ci “Azəriqaz”ın şəbəkəsinə 6,9 mlrd. kubmetr qaz qəbulu gözlənilir. 

Yığım səviyyəsindən danışan R. Əliyev bildirib ki, bu il  yığım səviyyəsi də rekord həddə olub və yığım səviyyəsi üzrə göstərici 101,4 faiz təşkil edib.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et