"AzeriLight"ın qiyməti 3 dollara yaxın artıb | Banco.az

"AzeriLight"ın qiyməti 3 dollara yaxın artıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,56 dollar yaxud 5,77% bahalaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,90 dollara bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 46,23, dünən isə 44,34 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.