Azərbaycan nefti 1 dollardan çox bahalaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,98% və ya 1,24 dollar artaraq 63,66 dollar olub.