"Azərikimya"nın modernizasiyası çərçivəsində iki böyük müqavilə imzalanacaq | Banco.az

"Azərikimya"nın modernizasiyası çərçivəsində iki böyük müqavilə imzalanacaq

Noyabrın 5-də "Azərikimya" İB-nin yenidənqurma və modernizasiyası layihəsi çərçivəsində 2 böyük müqavilə imzalanacaq. 

Bunu SOCAR-ın stateji inkişaf üzrə vitse-przidenti Tofiq Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, birinci müqavilə "Technip" şirkəti ilə "Azərikimya" arasında EPC (layihələndirmə, satınalma və tikinti) olacaq.

Ən sərfəli kredit üçün müraciət et

"İkinci müqavilə isə SOCAR-KBR/KBR şirkətlər alyansı arasında imzalanacaq. SOCAR-KBR/KBR alyansı müqaviləsi çərçivəsində "Azərikimya"ya idarəetmə və konsaltinq xidmətləri göstəriləcək", - deyə SOCAR rəsmisi qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et