"Azərikard"ın avtomobili təkrar satışa çıxarılır – Hərrac | Banco.az

"Azərikard"ın avtomobili təkrar satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 25 fevral tarixində saat 11:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə "Azərikard" MMC-nin balansında olan 1 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Nəqliyyat vasitəsinin markası "Toyota Camry", ili 2013-dür. Avtomobilin start qiyməti isə 16 min 565 manatdır. 

Qeyd edək ki, nəqliyyat vasitəsi 3-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram