“Azericard”ın rəhbərliyi dəyişir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Azericard”ın rəhbərliyi dəyişir

“Azericard” Prosessinq Mərkəzinin direktoru Ceyhun Rəhimov işdən çıxıb. O, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti (İH) sədrinin müşaviri təyin olunub.

“Azəricard”ın rəhbərliyinə isə Emil Əmirovun gətiriləcəyi bildirilir. O, bundan əvvəl “Atabank” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini olub.

Xatırladaq ki, “Azericard” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Prosessinq Mərkəzinin təsisçisi 100% ABB-dir.

Mənbə: Report.az