Müəllif: Gülnar Əhmədli, Banco.az
"AzerGold" QSC bu ilin yanvar-iyun ayları ərzində 39,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayına istinadən xəbər verir ki, bu, 2022-ci ilin ilk 6 ayı ilə müqayisədə 4,7 milyon ABŞ dolları və ya 10,6% azdır.
Qeyd edək ki, "AzerGold" 2022-ci ilin birinci yarısında ixracdan 44,1 milyon ABŞ dolları gəlir əldə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!