Azərbaycanlıların Türkiyədə mənzil alışı son 5 ilin minimumuna enib | Banco.az

Azərbaycanlıların Türkiyədə mənzil alışı son 5 ilin minimumuna enib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 52 mənzil alıblar. Bu, son 5 ildə qeydə alınan ən aşağı göstəricidir. Belə ki, ötən ilin eyni dövründə satılan mənzil sayı 65, 2022-də 89, 2021-də 68, 2020-də isə 99 olub. Yanvarda azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 8-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə ötən ay xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50,5% azalaraq 2 min 61 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 555 ev (1-ci) alıb. İran vətəndaşlarını 208 mənzil (2-ci), Ukrayna vətəndaşları isə 127 mənzil (3-cü) alıblar. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et