Depozitlər artıb.
2014-cü il avqust ayının 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 6,9 milyard manat təşkil edib.
Xəbər verilir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artıb.
“Əmanətlərin 4,4 milyard manatı və ya 63,5 faizi milli, 2,5 milyard manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulmuş və əvvəlki ilə nisbətən müvafiq olaraq 22,0 faiz və 5,3 faiz artıb”, - məlumatda deyilir.
Oxu.Az