Azərbaycanlılar yanvarda Türkiyədə 50 mənzil alıblar | Banco.az

Azərbaycanlılar yanvarda Türkiyədə 50 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2025-ci ilin yanvar ayında Türkiyədə 50 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 6-cı xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə yanvar ayında xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,9% azalaraq 1 min 547 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 248 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (162 mənzil), üçüncü isə İraq (103 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2024-cü ildə isə Türkiyədə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram