Azərbaycanlılar pullarını nəyə xərcləyir? | Banco.az

Azərbaycanlılar pullarını nəyə xərcləyir?

Azərbaycan əhalisi gəlirlərini əsasən istehlak xərclərinə yönəldir

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3229,5 manat və ya orta hesabla ayda 322,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 milyard manatlıq gəlirin 70,0 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,2 faizi isə yığıma yönəldilib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6,0 faiz çox vəsait qalıb.