Azərbaycanlılar pullarını daha çox nəyə xərcləyirlər? | Banco.az

Azərbaycanlılar pullarını daha çox nəyə xərcləyirlər?

Onlayn ticarət dövriyyəsinin həcmi 1,7 milyon manata çatıb.

2014-cü ilin yanvar-avqust aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 13,6 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlak mallarının 50,3 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 49,7 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,4 faiz bəndi artıb.

Ən sərfəli kredit üçün müraciət et

“Cari ilin səkkiz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-avqust aylarına nisbətən 6,9 faiz artaraq 1,7 milyon manat təşkil edib. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,4 faizini hüquqi, 21,6 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 88,9 faizini qeyri-ərzaq malları təşkil edib”, - deyilir məlumatda.

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et