Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları 2025-ci ilin dekabr ayında Türkiyədə 113 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 5-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə dekabr ayında xaricilərə mənzil satışları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1% artaraq 2 541 ədədə yüksəlib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 504 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (232 mənzil), üçüncü isə Ukrayna (193 mənzil) vətəndaşları alıblar.
Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
