Azərbaycanlılar ötən ay Türkiyədə 90 mənzil alıblar | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanlılar ötən ay Türkiyədə 90 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2025-ci ilin noyabr ayında Türkiyədə 90 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 6-cı xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə noyabr ayında xaricilərə mənzil satışları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,7% azalaraq 1 943 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 310 ev (1-ci) alıb. İkinci ən çox mənzili Ukrayna vətəndaşları (159 mənzil), üçüncü isə Almaniya (151 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2024-cü ildə isə Türkiyədə ümumilikdə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram