Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları bu ilin iyul ayında Türkiyədə 88 mənzil alıblar. Bu dövrdə azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə iyulda xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,1% azalaraq 2 min 350 ədədə enib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 485 ev (1-ci) alıb. İkinci ən çox mənzili Ukrayna vətəndaşları (171 mənzil), üçüncü isə Almaniya (162 mənzil) vətəndaşları alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!