Azərbaycanlılar bu ölkədə 1 ayda 125 mənzil alıblar | Banco.az

Azərbaycanlılar bu ölkədə 1 ayda 125 mənzil alıblar

Azərbaycanlılar Türkiyədə mənzil almaqda davam edir.
2019-cu ilin Oktyabr ayında azərbaycanlılar Türkiyədə 125 mənzil alıblar. 2018-ci ilin Oktyabr ayında azərbaycanlılar Türkiyədə 177 mənzil almışdılar.

2019-cu ilin Yanvar-Oktyabr dövründə (10 ayda) isə azərbaycanlılar Türkiyədə 954 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 940 idi. 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 10-cu yerdədir. Yanvar - Sentyabr dövründə Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -  6124 mənzil. İraqlıların ardınca 4160 mənzil ilə İran, 2231 mənzil ilə Rusiya vətəndaşları gəlirlər. 

Ən sərfəli kredit üçün müraciət et

Türkiyədə əmlak bazarı cəlbedicili olaraq qalır və xaricilərə mənzil satışları artır. Bu ilin 10 ayında xaricilərin satın aldığı mənzillərin sayı 36 min 197-ə çatıb. Keçən ilin 10 ayında xaricilərə 30 min 431 ədəd mənzil satılmışdı. Keçən il Türkiyədə xaricilərə 39 min 663  mənzil satılmışdı və bu il 40 min səviyyəsinin rahat aşılacağı gözlənilir.

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et