“Newzoo” analitik şirkətinin araşdırmalarına görə, Azərbaycan ən iri videoyun bazarlarının reytinqində 61-ci yeri tutub.
Araşdırmaya görə, 2018-ci ildə azərbaycanlılar videooyunlara 85 milyon dollar məbləğində vəsait sərf ediblər.
Reytinqə Çin, ABŞ və Yaponiya liderlik edir.
Rusiya reytinqdə 11-ci (1 milyard 657 milyon dollar), Qazaxıstan 44-cü ( 207 milyon dollar), Ukrayna 46-cı (179 milyon dollar), Belarus 67-ci (69 milyon dollar), Gürcüstan 100-cü (20 milyon dollar) yerdə qərarlaşıb.
© İnterfaks-Azərbaycan