Azərbaycanlı xanım Avropa Bankında rəhbər vəzifə tutdu | Banco.az

Azərbaycanlı xanım Avropa Bankında rəhbər vəzifə tutdu

Azərbaycanlı mütəxəssis Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) Tacikistan nümayəndəliyinin rəhbəri təyin olunub.Bankın saytında yer alan məlumata istinadən xəbər verilir ki, bu vəzifə Aytən Rüstəmovaya həvalə olunub.

O, bu vəzifədə Riçard Counzu (Richard Jones) əvəzləyib. Öz növbəsində R.Counz EBRD-nin baş ofisinə təyinat alıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, A.Rüstəmova 2001-ci ildən etibarən ERBD-də çalışır. Onun sonuncu vəzifəsi EBRD-nin Bakı ofisinin baş bankiri olub.

"Mən EBRD-nin Tackistandakı fəaliyyətinə töhfə vermək üçün səbrsizlənirəm", - deyə o bildirib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et