Azərbaycanlı turistlər Gürcüstana 169 mln. dollar qazandırıb | Banco.az

Azərbaycanlı turistlər Gürcüstana 169 mln. dollar qazandırıb

Bu ilin ilk doqquz ayında Gürcüstan Azərbaycandan olan turistlərdən 169 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə gəlir 32,8% və yaxud 41,8 milyon ABŞ dolları artıb.

    Hesabat dövründə Gürcüstan beynəlxalq turizmdən rekord səviyyədə - 3,6 milyard ABŞ dolları həcmində gəlir əldə edib ki, bu da ötən ilin analoji göstəricisindən 5,1% çoxdur.

    Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 34,9% artaraq 220 168 nəfər təşkil edib.

    apa