2014-cü ildə Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə polisə malik avtomobil sahiblərinin iştirakı ilə yol qəzaları cümə günləri daha çox baş verib.
Bunu İcbari Sığorta Bürosunun (İSB) apardığı araşdırma da sübut edir. Belə ki, AVSMMİS üzrə 2014-cü ildə qeydə alınmış sığorta hadisələrinin 15,2 faizi cümə günlərinə təsadüf edib.
AVSMMİS üzrə 2014-cü ildə qeydə alınmış sığorta hadisələrinin həftənin günləri üzrə bölgüsü:
Həftənin günləri |
Sığorta hadisələrinin ümumi sayında çəkisi |
Bazar ertəsi |
14.53% |
Çərşənbə axşamı |
15.04% |
Çərşənbə |
14.83% |
Cümə axşamı |
14.52% |
Cümə |
15.20% |
Şənbə |
13.53% |
Bazar |
12.35% |
Bundan başqa, İSB-nin məlumatında deyilir ki, ötən il ərzində AVSMMİS üzrə 931 464 müqavilə imzalanıb.
2014-də bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin həftənin günləri üzrə bölgüsü:
Həftənin günləri |
Bağlanmış sığorta müqavilələrinin sayı (ədədlə) |
Bazar ertəsi |
155,882 |
Çərşənbə axşamı |
153,585 |
Çərşənbə |
154,777 |
Cümə axşamı |
150,768 |
Cümə |
144,787 |
Şənbə |
98,963 |
Bazar |
72,702 |
Cəmi |
931,464 |
2014-cü ilin yanvar-dekabr aylarında Azərbaycanın sığorta şirkətlərinin AVSMMİS üzrə sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 70,69 milyon manat olub. Bu dövr ərzində ödənişlərin həcmi 26,8 milyon manat olub ki, bu da 2013-cü ilin eyni dövrünə nisbətən 5,9 faiz çoxdur.
Ötən il daha çox (7,84 milyon manat) sığorta haqqı iyulda, nisbətən az (3,7 milyon manat) isə fevralda qeydə alınıb. Bu dövrdə ən çox ödəniş oktyabrda (3,8 milyon manat), nisbətən az isə noyabrda (1,2 milyon manat) həyata keçirilib.