“Sərhədsiz Fintech. Rəqəmsal Avrasiya” adlı 2-ci Beynəlxalq PLUS-Forumu keçirilib | Banco.az

“Sərhədsiz Fintech. Rəqəmsal Avrasiya” adlı 2-ci Beynəlxalq PLUS-Forumu keçirilib

Qazaxıstanın Almatı şəhərində 2-ci Beynəlxalq PLUS-Forum baş tutmuşdur. “Sərhədsiz Fintex. Rəqəmsal Avrasiya”  mövzusunda  keçirilən iki günlük tədbirdə rəqəmsal ekosistem sahəsində aktual mövzularda, o cümlədən mərkəzi bankların rəqəmsal valyutaları, açıq bankçılıq texnologiyası, fintexlər tərəfindən tətbiq edilən yeni məhsul və xidmətlər, bank xidmətlərinin rəqəmsallaşdırılması ətrafında təqdimatlar keçirilmişdir. Tədbirdə region ölkələrinin maliyyə bazarlarının tənzimləyici-nəzarətedici qurumları və ekosistem iştirakçıları olan maliyyə institutları arasında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Forumda Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov “Ödəniş ekosistemi və fintex” mövzusunda təqdimatla çıxış edərək Azərbaycanda bu sahədə həyata keçirilən uğurlu islahatlara, əldə olunan nailiyyətlərə dair göstəriciləri, fintex ekosistemi və onun xarakterik xüsusiyyətləri, həmçinin rəqəmsal ödənişlərin gələcək inkişaf strategiyasını açıqlamışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram