Marketinq və reklam sektorunda olan insanların oxumalı olduğu kitabların siyahısını və kitablar haqqında informasiyanı Sizlərə təqdim edirik.
- Kenneth Roman - Reklam Dünyasının Kralı
Dünyanın ən məşhur reklamçısı David Ogilvynin keçmişində İsveç kökləri, yarıda buraxılmış Oxford təhsili, Parisdə rəhbər olaraq keçirilən illər və sonrasında qapı-qapı gəzərək soba satmaq macərası var. Ogilvy, həmçinin Vaşinqton şəhərində gizli ingilis casusu işləyib. Bir müddət Pensilvaniya ştatının Amiş qəsəbəsində fermer olaraq yaşayıb. O, yaşadığı dövrün reklam mərkəzi hesab edilən “Madison Bulvar”ına bu qəribə keçmişi ilə gəlir. Bir neçə il içində tarixdəki ən təsirli reklam kampaniyalarından bəzilərini yaradır.
O, güclü xarakterli, hissiyatı qüvvətli, təsirli söz ustası, lider kimi xatırlanır. Ogilvy rəhbəri olduğu reklam agentliyinə yeni biznes mədəniyyəti, sektora isə incə zövq, keyfiyyət, professionallıq gətirib. Məsələn, o həmişə deyirdi, əgər özünüzü reklam edə bilmirsinizsə, şirkətləri necə reklam edəcəksiniz?
O, marka imicini anlayışını, araşdırmaya söykənən reklamçılığı, birbaşa marketinq disiplinini şiddətlə müdafiə edir. Rəhbəri olduğu “Ogilvy & Mather” reklam agentliyini dünya miqyasında tanınan şirkətə çevirir. Reklam ustası bir yandan istehlakçıya hörmət anlayışını müdafiə edir, digər tərəfdən isə yaradıcı zəkası və reklamın vəzifəsinin əyləndirmək deyil, məhsul satmaq olduğunu söyləyən faydalı mesajları ilə yeni müştərilər qazanır.
Bu kitabda reklam dünyasının ən dəyərli adlarından birinin rəngli həyat tərzi haqqında məlumat alacaqsınız. Həmçinin, modern reklamçılığın meydana gəlməsinin tarixi haqqında informasiyaya sahib olacaqsınız. “Reklam Dünyasının Kralı- David Ogilvy” sadəcə reklamçılıq sektorunda çalışanların deyil, hər kəsin zövq və təəccüblə oxuyabiləcəyi kitabdır.
- Jack Trout - “Farklılaş Ya Da Öl”
“Farklılaş Ya Da Öl” ilk dəfə 2001-ci ildə nəşr edilib. İlk nəşrdən sonra marketoloqların stolüstü kitabına çevrilib. Yenilənmiş nəşrdə isə oxuculara daha zəngin kontent təklif edilir. İki təcrübəli yazar istehlakçılar üçün alternativlərin çoxaldığı, məhsul kateqoriyalarının artdığı dövrdə markaların necə bir yol tutaraq uğurlu olmasından bəhs edir. Təcrübəli yazarlar uğurlu, dəqiq nümunələr ortaya qoyublar. 21-ci əsrdə seçim partlayışı və artan rəqabət qarşısında hansı ünsürləri fərqliləşdirməlisiniz? Bu sual Trout ve Rivkinin fərqliləşən manifestosunun özəyini təşkil edir.
- Luke Sullivan, Sam Bennett - Satan Reklam Yaratmaq
“Satan Reklam Yaratmaq” kitabı yenilənmiş nəşri ilə oxucuların stolüstü əsəri olmağa davam edir. Kitab uzun illərdir mətn yazarları, reklam üzrə təhsil alan tələbələrin, qısası reklam sektorundakı hər kəsin ilham qaynağıdır.
Reklamçılığın klassik kitabının bu yeni nəşrində Siz;
- Rəqəmsal dünyaya uyğun yeniliklər;
- Son illərdir populyar olan sosial platformaları effektiv istifadə etmək üçün təklif və tövsiyələr;
- Reklamın bu günü və gələcəyinə dair parlaq uzaqgörən fikirlər ilə tanış olacaqsınız.
“Satan Reklam Yaratmak” dolğun kontenti ilə yaradıcılığınızı açığa çıxarmağınıza, qələminizi kəskinləşdirməyinizə, üfüqinizi genişləndirməyə, əlbəttə, satan reklamlar ərsəyə gətirməyinizə kömək olacaq.
- Joeri Van Den Bergh, Mattias Behrer – “Markalar Nasıl Genc Kalır”
“Bütün markalar istehlakçı dövrünə daxil olmaq üçün ən sevilən brend halına gəlməyə çalışmalıdırlar. Joeri Van Den Bergh, Mattias Behrer bu kitabda Y nəslinin sevgisini qazanmağın yollarından bəhs edir. Bütün marketinq, markalar üzrə mütəxəssislər bu kitabı mütləq oxumalıdırlar. Çünki Y nəslinin digər müştərilərə də təsir etmək qabiliyyəti böyükdür. Hətta, onlar bütün hədəf kütləyə liderlik edir”, - “Saatchi & Saatchi” şirkətinin prezidenti Kevin Roberts belə deyib.
- Richard Kirshenbaum, Jonathan Bond - Radar Altı İletişim
Qəzet, televiziya, supermarket, internet, radio, açıq havada və hər yerdə…… Gün ərzində təxminən 1500 reklam mesajı ilə “bezdirilən” istehlakçılar çarəni xüsusi radar yaratmaqda görüb. Bu radar müştərini tanımayan, istehlakçıya hörmət etməyən, empatiyadan əziyyət çəkən hər mesajı dərhal müəyyən edir və onu yox edir.
İstehlakçıya çatmaq üçün ilk növbədə gərək radar reklamları tutmasın. Bu kitab bugünün istehlakçılarının reklamlardan qaçdıqları, ticari mesajlara qarşı güvənsiz olduqları həqiqəti yeni reklamçılıq və marketinq prizmasından təqdim edir. Ticari mesajlar radara yaxalanmadan istehlakçıya necə çata bilər? Kitab bunu göstərir. Üstəgəl, nümunələri son dövrlərin ən yaradıcı agentliklərindən birinin “kampaniya hekayələri” üzərindən edir. Kitab istehlakçı ilə münasibət qurmaq məcburiyyətində olan hər kəsə xitab edir.
- Robert Health “Bilinçaltımdakı Reklamlar”
Gördüyünüz hər reklam şüuraltınızda gizlənir. Yaxın və uzaq gələcəkdə sizin satış qərarlarınıza ciddi təsir göstərə bilər. Dükanların xaricindəki elanlar, vitrinlərə baxdığımız zaman gördüyümüz saysız-hesabsız simvol və işarələr, billboard, posterlər, qarşımızda oturan birinin oxuduğu jurnalın arxa səhifəsindəki elanlar... Bütün bunlar qeyd etdiyimiz kimi şüuraltmızda gizlənir, vaxtı gələndə isə satış qərarlarımıza təsir edir. Bəs, bu müddət necə işləyir?
Robert Health “Bilinçaltımdakı Reklamlar” kitabında araşdırmalarına istinad edərək reklamların bizi biz fərqində belə olmadan şüüraltımıza necə təsir etdiyindən yazır. Healtın verdiyi nümunələrə baxdıqda başa düşəcəksiniz ki, əslində bizim reklamlar ilə olan münasibətimiz nə qədər qəribə və qarışıqdır. Kitabı oxuduqdan sonra hər reklama fərqli bir diqqətlə baxmağa başlayacaqsınız.
- “Aşağıdan Yukarıya Pazarlama”
Kitabda tək reklamın necə effektiv olmayacağından bəhs edir. Göstərilir ki, şirkət marka adı, məhsulu, qiymət, satış kanallarını dəyişdirmədən uğurlu ola bilməz. Hesab edə bilərsiniz ki, markanın adına fikir vermək əhəmiyyətsiz detaldır. Amma düşünməlisiniz ki, adi bir detal sizin şirkətinizin gələcəyini belə dəyişə bilər.
Marketinq haqqında doğru bildiyiniz yanlışlar ola bilər. Kitab nəyin düzgün, nəyin yanlış olduğunu oxuculara açıqlayacaq. Oxuculardan biri deyir ki, marketinq sektoruna daxil olandan yüzlərlə kitab oxumuşam: “Aşağıdan Yukarıya Pazarlama” 100 kitab arasında ən yaxşı 3-cü kitabdır”.
Facemark.az