Azərbaycanlı iş adamı Nokianın Rusiyadakı icraçı direktoru təyin edilib | Banco.az

Azərbaycanlı iş adamı Nokianın Rusiyadakı icraçı direktoru təyin edilib

Rusiyanın keçmiş Kommunikasiya və Kütləvi İnformasiya nazirliyinin müavini Rəşid İsmayılov yeni vəzifəyə təyin olunub. Hal-hazırda Rəşid bəy Nokianın Rusiyadakı icraçı direktoru vəzifəsinə təyin olunub. Bu haqda məlumat ComNews xəbər agentliyinə məxsusdur.

Xatırladaq ki, o, bu vəzifəni daha əvvəllər də Şərqi Avropa üzrə icra edirdi. Bundan əlavə İsmayılov Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasındakı vəzifəsini növbəti ilədək icra edəcək.

Rəşid İsmayılov 1988-ci ildən etibarən müxtəlif IT şirkətlərdə yüksək vəzifələr icra edib. Bu şirkətlər içərisində Ericsson, Nokia, Huawei Technologies kimi kompaniyalar yer almaqdadır. 2013-cü ildə öncə Beynəlxalq əlaqələr departamentində direktor vəzifəsində çalışan İsmayılov, 2014-cü ilin avqustundan etibarən Kommunikasiya və Kütləvi informasiya nazirinin müavini vəzifəsini icra edib. Bu ilin iyul ayında İsmayılov müavin postunu tərk edib.

Ən sərfəli kredit üçün müraciət et

ComNews-a müsahibəsinədə cənab İsmayılov yeni işində böyük prespektivlər gördüyünü, Rusiyada Nokianın böyük önəm daşıdığını, o cümlədən layihələrin idarə edilməsi, şəbəkə tikintisi və xarici müqavilələrin (Managed Services) inkişaf etdirilməsini preoritet istiqamətlər adlandırıb.

Məlumat üçün bildirək ki, Rəşid İsmayılov 1965-ci ilin noyabrda Bakıda dünyaya gəlib. 1988-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən İsmayılov daha sonra 2007-ci ildə ikinci təhsil kimi “iqtisadiyyat və idarəetmə” üzrə təhsil alıb. 1988-1991-ci illərdə Moskva Dövlət Universitetində kimyəvi maşınqayırma üzrə dərs deyən cənab İsmayılov növbəti 7 il ərzində müxtəlif IT şirkətlərdə idarəetmə, planlama və konsultant vəzifələrində çalışıb. Rəşid İsmayılov ingilis, italyan, portuqal, türk, ispan, alman, fransız dillərində sərbəst danışır.

Nəcibə Yusifova, Banco.az