Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 2 milyard 947 milyon 302 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 160,6 milyon dollar və ya 5,8% çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 2,2 milyard dollarlıq məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 767,4 milyon dollara bərabər olub.
Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,8 milyard dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!