Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 17%-dən çox artıb | Banco.az

Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 17%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə 4 milyard 358 milyon 740 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 648,5 milyon dollar və ya 17,5% çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,2 milyard dollarlıq məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 1,2 milyard dollara bərabər olub. Ötən il Rusiya Azərbaycanın 3-cü ən böyük ticarət tərəfdaşı olub. 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3,7 milyard dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram