"Azərbaycanla Rusiya arasında turizm alyansı yaradılacaq" | Banco.az

"Azərbaycanla Rusiya arasında turizm alyansı yaradılacaq"

Azərbaycan - Rusiya və Rusiya - Azərbaycan işgüzar şuraları turizm əməkdaşlığı və turizm alyansı təsisi barədə saziş imzalayacaq.

Bu barədə X Rusiya – Azərbaycan regionlararası forumunun açılışında Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib.

“Bu fikir Peterburq forumundakı işgüzar dialoq zamanı səsləndirilib. Bu da fikirləri gerçək layihələrə çevirmək üçün əlimizdə nə qədər çevik və səmərəli mexanizmlərin olduğunu bir daha ortaya qoyur. Bu sazişin və yeni yaradılacaq alyansın həm mühüm iqtisadi, həm də mədəni əhəmiyyət kəsb edən qarşılıqlı turizmin inkişafına töhfə verəcəyinə əminəm. Nəticədə hər iki ölkədə daha çox insan o biri ölkənin tarixi, mədəni mirası ilə tanış ola biləcək. Son iki ildə Azərbaycana gələn rusiyalı turistlərin sayı xeyli artıb”, - deyən Şura rəhbəri 2020-ci ildə birgə fəaliyyətə dair hazırlanan proqramda işgüzar missiyaların, sahəvi sərgilərin, iri iqtisadi tədbirlər çərçivəsində işgüzar dialoqların təşkil olunmasının nəzərdə tutulduğunu dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et