Azərbaycanla Rusiya arasında pomidor ixracı ilə bağlı danışıqlar başlayır | Banco.az

Azərbaycanla Rusiya arasında pomidor ixracı ilə bağlı danışıqlar başlayır

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə yanvarın 26-da danışıqlar aparacaq.

Tərəflər Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.

Bu istehsalçıların məhsulunda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.

Hazırda Azərbaycanın 33 sahibkarlıq subyektinin Rusiyaya pomidor ixrac etməyə icazə verilir.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et