Azərbaycanla MDB arasında ticarət dövriyyəsi açıqlandı | Banco.az

Azərbaycanla MDB arasında ticarət dövriyyəsi açıqlandı

Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 18,8% artaraq 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 2 259,005 mln. ABŞ dolları təşkil edib.

Azərbaycandan MDB ölkələrinə ixrac illik 47,79% artaraq, 2017-ci ilin ilk doqquz ayı ərzində 640,166 mln. ABŞ dollarına yüksəlib. Ölkə üzrə cəmi ixrac əməliyyatlarının 7,8%-i məhz MDB ölkələri ilə həyata keçirilib. Bu müddətdə Azərbaycana MDB ölkələrindən idxal da 10,29% artaraq, 1 618,839 mln. dollara çatıb. Ölkəyə cəmi idxalın 26,21%-i MDB ölkələrinin payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin 978.673 mln. dollarlıq mənfi saldosu yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% azalma deməkdir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et