Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi 39% azalıb | Banco.az

Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi 39% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 6 milyard 961 milyon 671 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 milyard dollar və ya 38,9% azdır.

Hesabat dövründə Azərbaycan İtaliyaya 6,6 milyard dollarlıq məhsul ixrac edib. Azərbaycanın bu ölkədən idxalı isə 340,4 milyon dollara bərabər olub.

Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 11,4 milyard dollar dəyərində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram