Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələr müzakirə olunub | Banco.az

Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələr müzakirə olunub

Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi, şaxələndirilməsi müzakirə edilib.

Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

"Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrədən olan həmsədri Ervin Bollingerlə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsinin, şaxələndirilməsinin və işgüzar dairələr arasında yeni biznes təşəbbüslərinin əhəmiyyəti barədə fikirlərimizi bölüşdük", - nazir bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et