"Azərbaycanla iqtisadi-ticarət əlaqələri genişlənir" | Banco.az

"Azərbaycanla iqtisadi-ticarət əlaqələri genişlənir"

"Rusiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası yaxın vaxtlarda keçiriləcək".

Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniş iclasında bildirib.

Onun sözlərinə görə, bu ilin yayında Hökumətlərarası Komissiyanın yeni tərkibi formalaşdırılıb: "Yaxın bir-iki ayda komissiyanın növbəti iclası keçiriləcək".

Ən sərfəli kredit üçün müraciət et

Rusiyanın iqtisadi inkişaf naziri deyib ki, ölkələr arasında iqtisadi-ticarət əlaqələr genişlənir: "Sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə birgə kompleks layihələr üzərində fəal işləyəcəyik". 

Report.az