Azərbaycanla Əfqanıstan arasında bu ilki ticarət dövriyyəsinin həcmi açıqlandı | Banco.az

Azərbaycanla Əfqanıstan arasında bu ilki ticarət dövriyyəsinin həcmi açıqlandı

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Əfqanıstanla apardığı ticarət mübadiləsinin həcmi 6 milyon 331 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 4,9 dəfə azdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan Əfqanıstana ixracın həcmi 6 milyon 299 min dollar, idxal isə 32 min dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 4,9 dəfə azalıb. İdxala gəldikdə isə, ötən ilin yanvar-iyul aylarında Azərbaycan Əfqanıstanla idxal əməliyyatları aparmayıb.

Nəticədə, 2021-ci ilin yanvar-iyul aylarında 6 milyon 268 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,9 dəfə azdır.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et