Azərbaycanın yerli məhsullarından ibarət “Trendyol”u ola bilərmi? – Açıqlama | Banco.az

Azərbaycanın yerli məhsullarından ibarət “Trendyol”u ola bilərmi? – Açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“İqtisadiyyatda istənilən addımın, qərarın iki, üç, bəzən daha çox tərəfi olur. Əsas məsələ qəbul edilən qərarların  nəticələrinin müsbət tərəfinin mənfi tərəfindən çox olmasındadır”.

Ticarət platformasının qurulması və inkişaf etdirilməsi ilə bağlı  danışan ekspert Banco-az-a vurğulayıb ki, bu, Azərbaycan üçün mürəkkəb olsa da  əlçatan məsələdir:

“Məsələn, bu yaxınlarda belə bir fikir formalaşdı ki, proteksionist siyasət lazım deyil, idxal məhsullarının ölkəyə sərbəst gəlişi daha da genişləndirilsin. Əvvəla, biz proteksionist siyasətin mahiyyətini, hazırda dünyanın ən inkişaf etmiş dövlətlərinin (ABŞ, İngiltərə, Yaponiya, Almaniya və sair) öz məhsullarının istehsalını, daxili bazarlarını qorumaq üçün kvotalar, gömrük rüsumları tətbiq etməklə hazırda ciddi proteksionist siyasət yürütmələrini müşahidə edirik. Məhz ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Cənubi Koreya kimi ölkələrin iqtisadi inkişaflarının ilk mərhələlərində daha sərt proteksionist siyasət yürütmə nəticəsində bu gün inkişaf etmiş iqtisadiyyata malik olmalarını, keçdikləri yolları diqqətlə araşdırsaq bu siyasətin bu gün də mahiyyətini, vacibliyini, oynadığı rolu görərik.

Biz proteksionist siyasətlə rəqabəti səhv salırıq. Məhz proteksionist siyasət yürütməklə daxili bazarda münbit biznes, rəqabət mühiti yaratmaqla idxaldan asılılığı aşağı salmaq, ixracı, məşğulluğu, investisiya qoyuluşunu artırmağa nail olmaq hər bir ölkənin qarşısında duran əsas vəzifədir”.

Brendləşmə mədəniyyəti barədə danışan ekspert Banco-az-a vurğulayıb ki, Azərbaycan üçün mürəkkəb olsa da  əlçatan məsələdir:

“Qlobal tekstil sənayesinə 2020-ci ilə qədər ciddi zərbə vuran ölkə Çin və digər bir neçə Cənub Şərqi Asiya ölkələri oldu. Hazırda trend fərqli istiqamətdədir. Tekstil sənayesini tədricən inkişaf etdirmək üçün imkanlar artır.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn, dünyada bütün gül-çiçəyin topdan satışının təşkil olunduğu yeganə böyük auksion Hollandiyadadır. Afrika, Asiya, ABŞ-da becərilən gül-çiçək də bu auksion vasitəsilə satılır. Hər hansı ikinci ölkə bunu təşkil etmir, edə bilmir. Çünki, bunun bünövrəsi, kültürü, əsas gül-çiçək, zanbaq sortları Hollandiya mənşəlidir, böyük keçmişi var. Amazon onlayn ticarət platforması ABŞ-da 1994-cü ildə, Alibaba onlayn ticarət platforması Çində 1999-cu ildə fəaliyyətə başladı. Deməli, şərtlər həmin illərdə formalaşdı. Ticarət platformasının olması üçün ölkənin özünün müxtəlif çeşidli istehsal, emal etdiyi məhsullar olmalıdır. İstehsal və emal olmadan ticarətin inkişafı varsa, ölkə ya beynəlxalq ticarətdə vasitəçilik edir, ya da idxal maliyyələşməsinin genişlənməsi var. Ticarət istehsal və emalın genişlənməsi ilə paralel artırsa bu, artan satış istehsalın özünün də daha çox artımını şərtləndirir, növbəti mərhələdə isə ixracın böyüməsinə ciddi təkan verir. Bu səbəbdən hazırda Azərbaycanın öz Trendyolu bizim üçün funksiyaları baxımından Türkiyənin Trendyolundan ciddi şəkildə fərqlənməyəcək”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et