Azərbaycanın Xorvatiyaya neft satışından qazancı 78%-dən çox artıb | Banco.az

Azərbaycanın Xorvatiyaya neft satışından qazancı 78%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyul aylarında Xorvatiyaya 547 milyon 257 min dollar dəyərində 866,7 min ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 240 milyon 748 min dollar və ya 78,5% artıb.

Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-iyul aylarına nisbətdə 61% artıb. 

Hesabat dövründə Xorvatiya Azərbaycanın beşinci ən böyük neft idxalçısı olub. İlk 7 ayda iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 551,2 milyon dollara bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram