Azərbaycanın xidmətlər balansında yaranan kəsir azalıb | Banco.az

Azərbaycanın xidmətlər balansında yaranan kəsir azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 6.9 mlrd. dollar təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bunun 4 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.9 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 16.4% azalaraq 1.1 mlrd. dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 979.1 mln. dollar (1.1% artım) olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 134.7 mln. dollar (63.0% azalma) olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et